Yuxarı

Almaniya vətəndaşlığı almaq asanlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya vətəndaşlığı almaq asanlaşır

Almaniya kansleri Olaf Şolts ölkə vətəndaşlığının alınması qaydaları ilə bağlı islahatlara çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

"Naturallaşma daha yaxşı qaydalara ehtiyac duyur. Bu, təbii ki, bizim rifahımızla bağlıdır. Çünki bütün insanlar güclü iqtisadiyyata töhfə verirlər. Onlar da Almaniya vətəndaşlığını seçsələr, yaxşı olar", - Şolts deyib.

Kansler Almaniyanın yenidən qurulmasında və möhkəmlənməsində mühacirlərin oynadığı mühüm rolu vurğulayıb:

"Almaniya çoxlarının ümid ölkəsinə çevrilib. Almaniyaya gələn qadınların, kişilərin, bəzən də uşaqların iqtisadiyyatımızın indiki kimi güclü olmasına böyük töhfələr veriblər".

Qeyd edək ki, vətəndaşlıq qaydalarında dəyişiklik üç partiyalı koalisiyanın həyata keçirməyə söz verdiyi əsas islahatlardan biridir.

Alman mediası daha əvvəl Daxili İşlər Nazirliyinin Almaniyada yaşayan əcnəbilərə səkkiz deyil, beş il ərzində vətəndaşlığa qəbul üçün müraciət etməsinə icazə verən qanun layihəsi hazırladığını xəbər vermişdi.

Tarix
2022.11.28 / 08:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla