Yuxarı

Saakaşvili pis vəziyyətdədir, yeriyə bilmir - Lomcaria

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili pis vəziyyətdədir, yeriyə bilmir - Lomcaria

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib, o, çox arıqlayıb və bu vizual olaraq da görünür.

Axar.az xəbər verir ki, bu sözləri xalq müafiəçisi Nino Lomcaria ölkənin sabiq prezidenti Mixail Saakaşvilini ziyarət etdikdən sonra bildirib.

Onun sözlərinə görə, Saakaşvili yataq vəziyyətindədir:

“Mən Mixail Saakaşvilini gördüm və onunla şəxsən danışdım, həmçinin onu müalicə edən həkimi və vəkili ilə görüşdüm. Saakaşvili ilə təxminən 10 dəqiqə söhbət etdim, daha çox danışmaq onun üçün çətindir. Mən həkim deyiləm, amma onun keçən ilin yanvarında xəstəxanada necə olduğunu xatırlayıram və vizual olaraq fərq çox təəccüblüdür. Onun səhhəti kəskin şəkildə pisləşib və bu vizual olaraq da görünür. O, çox arıqlayıb. Hər zaman yatağa uzanmış vəziyyətdədir. Həkimlər mənə təsdiqlədilər ki, sabiq prezident ayağa qalxmır və yerimir. Həkim deyir ki, xüsusən oktyabrın əvvəlindən etibarən onun səhhəti pisləşməkdədir. Bunu prokuror və hakimin onun kamerasına daxil olması ilə əlaqələndirirlər. O vaxtdan bəri Saakaşvilinin vəziyyəti emosional olaraq pisləşib. O, az yeyir və kifayət qədər qidalanmır. Həm də bilirəm ki, nevroloq artıq yekun hesabat hazırlayıb, hansı ki, onun nevroloji vəziyyətinin pisləşməsindən və dinamikasının azalmasından söhbət açılır. “Vivamed” klinikasının həkimləri onun sağlam olmadığını bildirirlər".

Tarix
2022.11.29 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla