Yuxarı

Rusların təqdim etdiyi PUA Çin istehsalı çıxdı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaz-Antey” dövlət korporasiyası tərəfindən Rusiya ordusu üçün istehsal edilən “Dobrınya” PUA-sı Çin kvadrokopterinin surətidir.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

“Almaz-Antey”in yeni məhsulu haqqında Rusiya telekanalları süjet hazırlamışdılar. Süjetdə qeyd olunurdu ki, aparat Sankt-Peterburqdakı Obuxov zavodunda buraxılıb və bunun üçün zavoda 4 ay vaxt lazım olub. PUA-nın bütün komponentləri də Rusiya istehsalıdır”, - məlumatda qeyd olunub.

Lakin nəşr qeyd edir ki, yeni Rusiya dronu Çinin “iFlight Nazgul5 Evoque” kvadrokopterinin tam oxşarıdır. Dron yalnız qapağının üzərindəki “Dobrınya” yazısı ilə fərqlənir. Bundan başqa, rus dronunun akkumulyatorunun üzərindəki ştrix-kod 69-la başlayır, bu da onun Çin istehsalı olduğunu göstərir. Üstəlik, “Dobrınya” Çinin “RadioMaster TX12” pultu ilə idarə olunur.

Qiymətlərə gəlincə, rus dronu bazara 130 min rubla çıxarılıb. Çindəki internet-mağazalarda isə “iFlight Nazgul5 Evoque” kvadrokopterinin qiyməti akkumulyator və pultla birlikdə 764 avroya (48.5 min rubl) təklif edilir.

Tarix
2022.12.01 / 14:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla