Yuxarı

SEPAH generalı bu səs yazısına görə həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH generalı bu səs yazısına görə həbs edildi

SEPAH-ın keçmiş komandirlərindən olan general Məhəmməd Bağır Bəxtiyar İranın təhlükəsizlik qüvvələri tərəfindən şəxsi mənzilində həbs edilib.

Axar.az xəbər verir ki, sabiq generalın evinə təşkil olunmuş əməliyyat zamanı Məhəmməd Bağırın şəxsi əşyaları müsadirə edilib.

İranın “Səham nyus” media orqanı generalın həbs xəbərini təsdiq edərək onun harada saxlanıldığı ilə bağlı məlumat verilmədiyini yazıb.

Qeyd edək ki, Məhəmməd Bağır daha əvvəl bir səs yazısı yayaraq, İran hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırıb.

“Əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi. Artıq xalqın əsas hədəfi rəhbərlikdir, şüarlar birbaşa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”, - səs yazısında bildirilir.

Tarix
2022.12.01 / 22:18
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla