Yuxarı

Bayden Makronu hörmətlə qarşıladı, xahişini isə rədd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayden Makronu hörmətlə qarşıladı, xahişini isə rədd etdi

ABŞ Prezidenti Co Bayden Fransa lideri Makronu 2021-ci ilin əvvəlində prezident vəzifəsinin icrasına başladıqdan bəri ilk dəfə olaraq Ağ Evdə qarşılayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters”in reportajında bildirilib.

Qeyd edilib ki, Co və Cill Baydenlər Makron və həyat yoldaşı Briciti “qucaqlamaqla, öpməklə və böyük təbəssümlə” qarşılayıblar:

“Bayden Fransanı “uzunmüddətli müttəfiq, azadlıq yolunda sarsılmaz tərəfdaşımız” kimi alqışlayıb. Hər iki lider ölkələrinin Rusiya Prezidenti Vladimir Putinə qarşı müttəfiqliyini vurğulayıblar.

Makron deyib ki, iki ölkə yenidən silahdaş olmalı və okeanın hər iki tərəfindəki demokratiyaları qorumaq üçün ortaq məsuliyyət daşımalıdır”.

Məlumatda Makron və Baydenin bir-birinə hədiyyəsinə də diqqət çəkilib. Qeyd edilib ki, Makronun Baydenə hədiyyələri arasında Co və Cill Baydenlərin ilk görüşlərində baxdıqları 1966-cı ildə çəkilən “İnsan və qadın” filminin orijinal trekini ehtiva edən CD də olub.

“Makronun görüşdə ABŞ istehsalı olan mallara böyük subsidiyalar təklif edən və iqlim böhranını həll etməyi hədəfləyən 430 milyard dollarlıq İnflyasiyanın Azaldılması Aktı ilə bağlı Fransa və Avropanın narahatlıqlarını ifadə edəcəyi gözlənilir. Avropa liderləri deyirlər ki, Baydenin avqust ayında imzaladığı qanunvericilik paketi ABŞ-dan kənar şirkətlərə qarşı ədalətsizdir və onların iqtisadiyyatlarına ciddi zərbə vuracaq.

Dünən ABŞ qanunvericiləri ilə görüşdə Makron bu addımın Avropa şirkətlərinə qarşı "super aqressiv" olduğunu söyləyib. Həmçinin Vaşinqtonda fransız icması ilə görüşdə Makron Ukraynadakı “müharibənin qiymətinin” Avropada ABŞ-dan daha yüksək olduğunu və subsidiyaların yeni investisiyaların qarşısını alacağı təqdirdə Avropa üçün risk yaradacağını bildirib. Onun fikrincə, bu, "Qərbi parçalaya" bilər.

Ancaq Baydenin güzəştə getməyə hazır olduğuna dair heç bir əlamət yoxdur. Ağ Evin sözçüsü bildirib ki, qanun Avropa firmaları üçün əhəmiyyətli imkanlar, eləcə də Aİ-nin enerji təhlükəsizliyi üçün faydalar təqdim edir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Makron ABŞ-da səfərdədir.

Tarix
2022.12.01 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla