Yuxarı

İran bu ölkədə yəhudi mərkəzlərinə hücum edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın şimal və qərbində yəhudi mərkəzlərinə hücumlarda İranın əli olduğu ortaya çıxıb.

Axar.az xəbər verir ki, Almaniya hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Şimali Reyn-Vestfaliya əyalətindəki sinaqoq da daxil olmaqla, bu hücumlara görə İran İnqilab Keşikçiləri və bir nəfər İran əsilli alman vətəndaşı məsuliyyət daşıyır.

Müstəntiqlər bu ilin noyabr ayının ortalarında Essen şəhərindəki köhnə sinaqoqda baş verən atışma, Bohum şəhərində sinaqoqun yandırılması və Dortmundda sinaqoqu yandırmağa cəhd arasında əlaqələrin olduğunu bildiriblər.

Qeyd edilir ki, Ramin Y. adlı iran əsilli alman vətəndaşı "Hells Angels" (Cəhənnəm Mələkləri) klubunda çalışıb və qrupun rəhbərlərindən biridir. Təhlükəsizlik orqanları hesab edir ki, bu şəxs İran İnqilabı Keşikçiləri Korpusunun Almaniyada əməliyyat yetkilisidir

Ramin Y. 2021-ci ilin sentyabrında İrana qaçıb. Ancaq bu hadisələrlə bağlı noyabrın 18-də Dortmund şəhərində başqa bir 35 yaşlı iran əsilli alman vətəndaşı həbs edilib.

İddiaya görə, 35 yaşlı iranlı Dortmund sinaqoqunda yanğın törətmək üçün başqa bir adamı razı salmağa çalışaraq, əməkdaşlıq etməyəcəyi təqdirdə hədələyib. Ancaq bu şəxs polisə müraciət edib.

Qeyd edək ki, müstəntiqlərdən biri bu hücumları “dövlət terroru” adlandırıb.

Tarix
2022.12.02 / 15:03
Müəllif
Bəhmən Əkbərli
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla