Yuxarı

Saakaşvili ölsə, İvanişviliyə problem yaranacaq - Deputat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili ölsə, İvanişviliyə problem yaranacaq - Deputat

Ümid edirəm ki, prezident İvanişvilini inandırmaq üçün öz imkanlarından istifadə edəcək. Çünki Saakaşvilinin həbsxanada ölməsi ölkə üçün ciddi çağırış olmaqla yanaşı, İvanişvilinin özü üçün də ciddi problemlər yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın “Lelo” partiyasının deputatı Salome Samadaşvili bildirib.

Onun sözlərinə görə, Prezident Salome Zurabişvilinin Polşaya səfəri çərçivəsində eks-prezident Mixail Saakaşvili məsələsinə də toxunulacaq.

Samadaşvilinin sözlərinə görə, məhkəmənin məhbusların həyatlarını xilas etmək üçün vaxtından əvvəl və ya müvəqqəti olaraq cəzadan azad edilməsi barədə qərar çıxarması presedentləri var, ona görə də ona aydın deyil ki, niyə Saakaşvilinin işi ilə bağlı oxşar qərar verilə bilməz:

"Mixail Saakaşvilinin vəziyyəti və həyatının bu gün təhlükə altında olması ölkəmiz üçün ciddi problem yaradır. Biz görürük ki, Gürcüstanın dost və tərəfdaş ölkələrinin Avropa Parlamentindən olan nümayəndələri bu problemə reaksiya verirlər. Moldova Prezidenti Maya Sandunun qiymətləndirməsini də eşitdik. Mən əminəm ki, Gürcüstan prezidenti ilə görüşdə Polşa tərəfi də bu mövzunu müzakirə edəcək".

Saakaşvilinin səhhətinə gəlincə, Samadaşvilinin sözlərinə görə, o, hökumətdən heç bir arqument eşitməyib və müstəqil ekspertlərin çıxardığı nəticələrə şübhə yaradan heç bir sübut görməyib.

Tarix
2022.12.05 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

DİN təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla