Yuxarı

Monqolustanda etirazlar: 13 polis yaralandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Monqolustanda etirazlar: 13 polis yaralandı

Monqolustanın paytaxtı Ulan-Batorun baş meydanında keçirilən etiraz aksiyaları zamanı azı 13 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

12 təhlükəsizlik əməkdaşına yerindəcə tibbi yardım göstərilib. Bir polis burun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Hökumət Evinə basqın zamanı 10 vətəndaş huşunu itirib, onlara tibbi yardım göstərilib”, - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları aksiyalar zamanı törədilmiş 19 cinayət və qanun pozuntusunu da araşdırır. O cümlədən, poçt idarəsi və Hökumət Evinin şüşə qapısı sındırılıb, onun ətrafındakı hasarın bir hissəsi sökülüb, meydandakı Yeni il ağacı yanıb.

Qeyd edək ki, ötən gün Ulan-Batorda kömürün gömrükdən yan keçməklə Çinə ixracı ilə əlaqədar davam edən təhqiqatla bağlı etirazlar başlayıb.

Tarix
2022.12.06 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla