Yuxarı

Şahin Mustafayev erməni həmkarı ilə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Mustafayev erməni həmkarı ilə görüşdü

Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib.

Axar.az xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması istiqamətində Rusiyanın müsbət rolunu vurğulayıblar.

İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı, eləcə də regionu birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflərin hər üç ölkə liderləri tərəfindən imzalanmış regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəkləri bildirilib.

Azərbaycan və Ermənistan tərəfləri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

Tarix
2022.12.07 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla