Yuxarı

Saakaşvili nə vaxt öləcək? - Qaribaşvili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bir insan kimi səmimi qəlbən Mixail Saakaşviliyə uzun ömür, cansağlığı arzulayıram. İnsan ölümünə necə xoşbəxt olmaq olar?!

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, dövlət bütün məhbusların konstitusion hüquqlarının qorunması üçün hər şeyi edir və edəcək:

“Müharibə partiyası (Milli Hərakat nəzərdə tutulur - red.), alçaldılmış, satqın liderlərin yaratdığı partiya çox ağır vəziyyətdədir. Onların nə dedikləri məni maraqlandırmır. Gürcüstanda heç kim qanundan kənar heç nəyə qarışa bilməz. Saakaşvilini ölkəyə gətirərək son kartdan istifadə etdilər, bu axmaqlığa əl atdılar və bunun necə bitdiyini gördük. Onların ideyaları tam fiasko ilə bitdi. Kimsə illüziyaya qapılmasın. Biz ölkəmizə xaos gətirməyəcəyik, əksinə, bugünkü kimi sülh, sabitlik, ikirəqəmli iqtisadi artım, daha çox iş yeri, firavanlıq istəyirik. Ölkəmizin inkişafı və yenidən birləşməsi, bu bizim əsas vəzifəmiz olmalıdır.

Mən də həkim deyiləm və sizin eşitdiyinizdən başqa bu adamın nə dərdi olduğunu bilmirəm. Bir şeyi bilirəm ki, gəldiyi gündən burada inqilab təşkil etmək, qan tökmək əzmindədir.

Bundan başqa, o, 60 gün ac qaldı və dünya tarixində bütün aclıq rekordlarını qırdı. Biz də gördük ki, görüntülər yayılıb, məlum oldu ki, o, yemək yeyirmiş, xəlvətcə yemək aparırmış.

Belə çıxır ki, cənab Saakaşvili depressiyaya düşüb, mühiti sevmir. Həbsxana mühiti hansı məhbusun xoşuna gəlir? Rati Breqadze çıxıb camaat qarşısında təklif etdi ki, istənilən ölkədən, istənilən klinikadan istənilən həkimi gətirməyə hazırıq. Onlar Gürcüstanda müalicə olunmaq istəmirlər. Onların yeganə məqsədi Saakaşvilini azad etməkdir. Biz hüquqi dövlətik, kimliyindən asılı olmayaraq heç kimə özünü qanundan üstün tutmağa imkan verməyəcəyik. Saakaşvilinin nə vaxt ölə biləcəyi sualına isə deyə bilərəm ki, həyatımız Allaha tapşırılıb, mən heç kimin həyatına cavabdeh ola bilmərəm".

Tarix
2022.12.07 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla