Yuxarı

Ermənistan büdcəni bağlamaq üçün kredit götürür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan büdcəni bağlamaq üçün kredit götürür

İlin sonuna kimi Ermənistan beynəlxalq banklardan 100 milyon dollar və 100 milyon avro kredit götürəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan parlamenti növbədənkənar iclasında “Asiya İnkişaf Bankı ilə 2022-ci il noyabrın 17-də imzalanmış Fiskal Sabitlik və Maliyyə Bazarlarının İnkişafı Proqramının kredit sazişinin ratifikasiyası haqqında” qanun layihəsini ratifikasiya edib. Ermənistan maliyyə nazirinin müavini Vahe Ovannisyan bildirib ki, Asiya İnkişaf Bankından alınan kredit üzrə faiz dərəcəsi dəyişkən olacaq.

“Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan hökumətin niyə kredit götürdüyünü soruşub.

“2022-ci ildə büdcədə üç faiz kəsir nəzərdə tutulub, məhz buna görə də büdcəni dəstəkləmək üçün kredit götürməliyik”, - deyə nazir müavini cavab verib.

Tarix
2022.12.09 / 15:08
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla