Yuxarı

Microsoft "ağıllı" lift hazırladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir.

Microsoft korporasiyasının Microsoft Research tədqiqat bölməsi süni intellekt sisteminə malik lift hazırlayıb. İnterAz ictnews-a istinadən xəbər verir ki, Microsoft Research bölməsinin rəhbəri Piter Li Bloomberg TV telekanalına müsahibəsində deyib ki, sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir.

Onun sözlərinə görə, ağıllı lift istifadəçinin hərəkətləri haqqında məlumatlara əsaslanaraq təxmin edə bilir. Bu məlumatları o, datçiklər dəstinin köməyi ilə toplayır.

Piter Li liftə məhz hansı datçiklərin quraşdırıldığını dəqiqləşdirməyib, ancaq Bloomberg TV telekanalında görüntülənən videosüjetdən belə nəticə çıxartmaq olar ki, datçiklər sisteminə, həmçinin videokamera daxildir. Onlar həm kabinada, həm də binanın mərtəbələrində lift qapılarının qarşısında quraşdırılıb.

Lift, ehtimal ki, həmçinin nitq analizatoruna malik mikrofonlarla təchiz edilib. Məsələn, əgər istifadəçi həmkarı ilə ikinci mərtəbədə nahar etmək istədiyini ucadan desə, o zaman növbəti gün nahar zamanı ofisi tərk etdikdə lift onu lazımi mərtəbəyə çatdıracaq.

Microsoft Research bu həllin tətbiqi üzrə planları bölüşməyib, lakin deyib ki, süni intellekt bölmənin əsas istiqamətlərindən biridir (Azvision.az).

Tarix
2014.01.22 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla