Gürcüstan vətəndaşları üçün biometrik pasportlarla dünyanın bir çox ölkəsinə vizasız gediş-gəliş imkanları mövcuddur.
Axar.az xəbər verir ki, hazırda Gürcüstan vətəndaşları ümumilikdə 126 ölkəyə vizasız və ya sərhəddə viza alaraq daxil olmaq hüququna sahibdirlər.
Gürcüstan vətəndaşlarından Avropa İttifaqı ölkələri də daxil olmaqla, dünyanın 73 ölkəsinə səfər etmək üçün heç bir viza tələb olunmur. Gürcüstan vətəndaşları Şengen zonası ölkələrində 180 gün ərzində 90 gün vizasız qala bilərlər. Azərbaycan və Türkiyəyə səfər edəcəkləri təqdirdə bu müddət 90 gün, Ermənistana səfər edəcəkləri təqdirdə isə 180 gün təşkil edir.
Gürcüstan vətəndaşları İranda vizasız 45 gün, İsraildə 6 ay müddətində 90 gün, Qazaxıstan və Özbəkistanda 90 gün, Tacikistan və Qırığızıstanda isə qeyri-müəyyən müddətdə qala bilərlər.
Gürcüstan vətəndaşlarının vizasız səyahət edə bildiyi və neçə gün qala biləcəyi digər ölkərin geniş siyahısı bu linkdədir.