Yuxarı

Putin Hitlerin 1943-cü ildəki vəziyyətinə düşüb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Hitlerin 1943-cü ildəki vəziyyətinə düşüb

Rusiya Prezidenti Vladimir Putin nasist diktator Adolf Hitlerin 1943-cü ildəki vəziyyətinə düşüb. Hitler həmin vaxt müharibəni uduzmuşdu, ancaq savaşın başa çatmağına hələ çox vardı.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib.

“Rusiya hazırda beynəlxalq arenadan tam təcrid olunub. Sanksiya güclü təsir edir. Müharibə üçün isə çoxlu pul lazımdır. Putin artıq uduzub. O, ukraynalıların dözümlülüyü ilə bağlı səhv etdi. Çünki kimsə ona tam həqiqəti deyə bilmir – o cümlədən, korrupsioner zabitlərin çökdürdüyü ordunun vəziyyətini də deyən yoxdur”, - Timmermans bildirib.

O xatırladıb ki, 1943-cü ilin sonuna yaxın Hitler artıq müharibəni uduzmuşdu, ancaq savaş iki il də davam etdi.

Onun sözlərinə görə, Rusiya yalnız Avropanın döyüş meydanından kənarda olmadığını anladığı təqdirdə siyasi kursunu dəyişə bilər:

“Biz öz sıralarımızı sıx tutmalı, amerikalılarla cəbhəni saxlamalı və Ukraynaya maddi və hərbi dəstək verməyə davam etməliyik”.

Tarix
2022.12.25 / 10:18
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

Mirziyayev İlham Əliyevi təbrik etdi: Diplomatiyanızın qələbəsi

İlham Əliyev Mirziyayevi Azərbaycana səfərə dəvət etdi

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla