Yuxarı

Belarusdan gözlənilməz NATO açıqlaması

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarusdan gözlənilməz NATO açıqlaması

NATO Belarusla əməkdaşlığı birtərəfli qaydada dayandırsa da, biz alyansla dialoqa açığıq.

Axar.az xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəis müavini Dmitri Ryabixin bildirib.

"Mən quru rəqəmlərlə danışmaq istərdim. Cari ilin “24 fevralına qədər” və “sonra”sında beynəlxalq hərbi əməkdaşlıq kəmiyyət və keyfiyyət göstəricilərinə görə dəyişməyib. Dövlət başçısının və hökumət orqanlarının tapşırıqları nəzərə alınaraq, əməkdaşlığın müəyyən vektorları dəyişib və bu əməkdaşlığın səmərəliliyi kifayət qədər böyükdür.

Beynəlxalq hərbi əməkdaşlıq kontekstində Belarus Respublikasının xarici siyasətini fərqləndirən də budur. Həmişə dialoqa açıq olduğumuz üçün biz istisnasız olaraq hər kəsi hərbi attaşelərin bütün tədbirlərinə dəvət edir və hər şeyi olduğu kimi göstəririk", - Belarus MN rəsmisi söyləyib.

Bir çox xarici analitiklərin Moskva ilə Minsk arasında hərbi sahədə qarşılıqlı əlaqəni Belarusun “işğalı” kimi şərh etmələri ilə bağlı iradlara cavab olaraq Ryabixin qeyd edib ki, ittifaq dövləti ərazisində fəaliyyət göstərən qoşun qruplaşmaları vahid prinsip əsasında xidmət edir:

"Beynəlxalq təşkilatlar, eləcə də KTMT, ŞƏT çərçivəsində Belarus texnikası müxtəlif ölkələrdə, geniş coğrafiyada fəaliyyət göstərir. O cümlədən minlərlə kilometr aralıda... Amma bu o demək deyil ki, Belarus bu və ya digər ölkəni işğal edib".

Tarix
2022.12.27 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla