Yuxarı

Rumıniyada “səssiz inqilab”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya Baş naziri Viktor Pontanın istefası ölkədə siyasi yenilənmə baxımından bir fürsət kimi qiymətləndirilir.

Axar.az xəbər verir ki, ekspertlər Buxarestdə baş verən son hadisələrin yaxşı heç nə vəd etmədiyi qənaətindədir.

Jurnalist Vlad Mixiç DV-yə verdiyi açıqlamasında korrupsiyanın xərçəng kimi bütün cəmiyyətə yayıldığını deyib:

"Baş naziri Viktor Ponta paytaxt Buxarestdə 32 nəfərin öldüyü yanğından sonra xalqla mübarizə aparmaq niyyətində olmadığını açıqlayaraq istefa verdi. Lakin o, istefa verməkdə gecikib. Son illərdə Viktor Pontanın adı həmişə qalmaqallarda hallanıb. Bir çox kabinet üzvü haqqında vəzifəsindən sui-istifadə iddiası ilə cinayət işi açılmış və nazirlərdən bəziləri məhkum edilmişdi. Ponta da vəzifədən sui-istifadə etməkdə günahlandırılır. Onun bu qədər uzun müddət vəzifədə qalması belə təəccüblüdür. 2014-ci ildə keçirilən prezident seçkilərində milyonlarla rumın onun rəqibini dəstəkləsə də, istefa vermədi. İstefa verməsi üçün 32 adamın ölməsi və 25 min rumının küçələrə tökülüb əleyhinə nümayiş keçirməsi lazım idi?"

Sosial mediada davamlı olaraq sistemin dəyişməsini və erkən seçkilərin keçirilməsini tələb edən jurnalist 2016-cı il parlament seçkisinin heç nəyə təsir edə bilməyəcəyini bildirib:

"Feysbuk nəsli haqlı olaraq bütün siyasətçiləri tənqid edir. Çünki bütün partiyalarda vəzifəsindən sui-istifadə edən siyasətçilər var. Parlamentdəki səsvermələrdə xalqın tələbləri heç vaxt nəzərə alınmır. Siyasətçilər istəsələr də, istəməsələr də, xalqın istəklərini nəzərə almalıdırlar. Bu gün Avropa Birliyini yaxından tanıyan yeni nəsil yetişir. Parlament seçkilərində heç nə dəyişməyəcək. Son illərdə ictimai media vasitəsi ilə saysız etiraz nümayişi təşkil edildi. Bu insanlar ölkəni dəyişmək iqtidarında olduqlarını bilməsələr, küçələrə tökülməzlər. Cəmiyyət dəyişir. İslahatçı kütlələr baş nazirlərin, vəkillərin və bələdiyyə başçılarının korrupsiya ittihamı ilə mühakimə olunub həbsxanaya getdiklərini görür. Rumıniya tarixində ilk dəfə qanlı inqilab olmadan siyasətçilər mühakimə olunur".

Tarix
2015.11.05 / 16:01
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla