Yuxarı

Gürcü ekspert: “Tiflis Kremlin tələsinə yaxınlaşır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökuməti xalqı aldadıb.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında iqtisadçı Roman Qotsiridze söyləyib. Onun sözlərinə görə, hökumət "Rosneft"ə Poti limanının səhmlərinin 49%-nin satılmasının qanuniliyi ilə bağlı məsələni hələ də tədqiq etməyib:

"Hər kəsə bəllidir ki, "Rosneft" işğal olunmuş ərazilərlə bağlı qanunu pozub. Hökumət "Rosneft" tərəfindən edilmiş bu təhqiri uddu və indi onlara "Qazprom" da gülür. Onlar Gürcüstanla bərabər Cənubi Osetiyaya da qaz verilişi ilə bağlı danışıqlara başlayıblar. Gürcüstan hökuməti Rusiya tələsinə yaxınlaşır. Artıq vizasız gediş-gəliş haqqında söhbətlər yayılmağa başlayıb. Bu isə Moskvanın Tiflis üzərində ən güclü rıçaqlarından biri olacaq".

Qeyd edək ki, Gürcüstan bu ilin əvvəlində Poti limanının səhmlərinin 49%-ni "Rosneft"ə satıb. Bu liman həm Azərbaycan, həm də bölgə üçün kifayət qədər böyük strateji əhəmiyyətə malikdir. Poti limanına yiyələnməzdən əvvəl "Rosneft" Gürcüstanın işğal olunmuş ərazisi olan Abxaziyada da fəaliyyətə başlamışdı.

Hazırda Tiflis Rusiyadan qaz almaq üçün "Qazprom"la gizli danışıqlara start verib.

Tarix
2015.11.06 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla