Yuxarı

Rusiya: “İngiltərə bizə məlumat verməyib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: “İngiltərə bizə məlumat verməyib”

Kreml sözçüsü Dmitri Peskov Misirin Sinay yarımadasında qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı İngiltərə kəşfiyyatının əldə etdiyi məlumatları Rusiya ilə paylaşmadığını açıqlayıb.

Axar.az xəbər verir ki, Peskov təyyarənin öncədən hazırlanmış plan əsasında partladıldığına dair məlumat əldə etmədiklərini deyib:

"İngiltərə xüsusi xidmət orqanları bu barədə bizə məlumat verməyib. Təyyarənin partlayıcı maddə vasitəsi ilə partladıldığı barədə məlumatları haradan əldə etdikləri bizim üçün qaranlıqdır".

Peskov Obamanın da bənzər şərhinə münasibət bildirib.

"Obama bu barədə konkret danışmadı. Yalnız ehtimalla öz fikrini bildirib. İstintaq aparılır və hər hansı nəticə əldə olunmyaıb. Gözləmək lazımdır", - Kreml rəsmisi qeyd edib.

Xatırladaq ki, İngiltərənin Xarici İşlər naziri Filip Hammond ötən gün verdiyi açıqlamasında təyyarənin öncədən quraşdırılmış bomba vasitəsilə partladıldığını iddia etmişdi".

Tarix
2015.11.06 / 17:58
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla