Ana səhifə Planet |
Hava limanının mühafizəçiləri hələ də pul alaraq sərnişinlərin üzərini yoxlamadan onları təyyarəyə buraxır.
Axar.az Deyli Meyl-ə istinadən xəbər verir ki, bu sözləri Londondan olan turistlər mətbuata danışarkən deyib. Şarm əş-Şeyx Hava Limanından uçan turistlər burda mühafizəçilərə 15 avro ödəməklə istənilən yoxlanışdan azad olduqlarını iddia edir:
"Adi sərnişinlər 15 avro verməklə özlərini vaxt itkisindən xilas edə bilir, amma bu adi sərnişinlərin arasında İŞİD-çilərin olmadığından kim əmin ola bilər? Onlar bütün günü telefonlarında "Kendi Kraş" oynayır, siqaret çəkir və söhbət edirlər. Sərnişinlərin təhlükəsizliyi heç kimin vecidə deyil".
Xatırladaq ki, oktyabrın 31-də Şarm əş-Şeyx və Sankt Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb. Nəticədə göyərtəsində olan 224 nəfər həlak olub.
Tarix
2015.11.06 / 19:40
|
Müəllif
Rəfiqə Əlisəfa
|