Yuxarı

Çili təsdiqlədi: Nerudanı Pinoçet zəhərləyib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çili təsdiqlədi: Nerudanı Pinoçet zəhərləyib

Çili dövləti Nobel mükafatı laureatı Pablo Nerudanın həyatına sui-qəsd edildiyini rəsmən təsdiqləyib.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi "El Pais" qəzetinin nəşr etdiyi faktların doğru olduğunu açıqlayıb.

Qəzetin əldə etdiyi məlumata görə, məşhur şair xərçəngdən deyil, diktator Avqusto Pinoçet tərəfindən öldürülüb.

Xatırladaq ki, Çili məhkəməsi Nerudanın Pinoçetin agentləri tərəfindən zəhərləndiyini düşünən assistenti Manuel Osorionun iddialarını qəbul edərək, 2013-ci ildə məzarın açılmasına qərar vermişdi.

Lakin araşdırmalar nəticəsində şairin zəhərlənməsi ilə bağlı heç bir fakt əldə olunmamışdı.

Neruda çevrilişdən sonra çətin günlər keçirib. Sürgünə gedərək Pinoçet rejiminin insanlıq günahlarını bütün dünyaya çatdırmağa qərar verən Neruda səfərə çıxmamışdan bir gün öncə Santiaqoda xəstəxanaya aparılıb.

Rəsmi məlumata görə, Neruda 23 sentyabr 1973-cü ildə 69 yaşında xəstəlikdən vəfat edib.

Tarix
2015.11.07 / 01:16
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla