Yuxarı

“Leopard 2” tanklarının əhəmiyyəti nədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Leopard 2” tanklarının əhəmiyyəti nədir?

Almaniyada istehsal olunan və ilk dəfə 1979-cu ildə təqdim olunan “Leopard 2” əsas döyüş tankı mütəxəssislər tərəfindən dünyanın ən güclü döyüş qabiliyyətli tanklarından biri hesab olunur.

Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.

Məlumata görə, bu tankı digər tanklardan fərqləndirən əsas xüsusiyyətlər onun yüksək manevr qabiliyyəti və atəş gücüdür. “Leopard 2” atəş gücünə görə "Rheinmetall" tərəfindən istehsal olunan 120 mm silahına borcludur. 1500 at gücündə istehsal olunan mühərriklər də tankda yüksək manevr qabiliyyətini təmin edir.

Almaniyanın “Krauss Maffei Vegmann” şirkəti tərəfindən 3500-dən çox istehsal olunan “Leopard 2” tankı Türkiyə də daxil olmaqla, dünyanın 19 ölkəsinin silahlı qüvvələrində fəal istifadə olunur. 4 nəfərlik heyət ilə çalışır, sürəti saatda 70 kilometrə çatır.

Qeyd edək ki, Almaniya istehsalı olan "Leopard 2" tankının Ukraynaya göndərilməsi gündəmdədir. Lakin Almaniya Ukraynaya döyüş tanklarının ixracına icazə verib-verməyəcəyini hələ açıqlamayıb.

Tarix
2023.01.22 / 09:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla