Gəncədə yaşayış binasında güncü yanğın - Video
23:33
Ana səhifə Planet |
Almaniyanın paytaxtı Berlində kansler Angela Merkelin miqrant siyasətinə qarşı mitinq keçirilib.
Axar.az xəbər verir ki, Almaniya üçün Alternativ Partiyanın (AFD) təşkil etdiyi mitinqə 5 min adam qatılıb.
Nümayişdə "Merkeli dayandırın", "Kansler getməlidir" şüarları səsləndirilib.
Partiya sədri Frauk Petri bildirib ki, Merkelin yürütdüyü miqrant siyasəti ölkəni uçuruma aparır və Avropanı islamlaşdırır.
Qeyd edək ki, polisin müdaxiləsindən sonra mitinq dağıdılıb. 40-a yaxın şəxs saxlanılıb.
Tarix
2015.11.08 / 00:01
|
Müəllif
Kamran Ədalət
|