Yuxarı

Ukrayna Tiflisin bu addımından narahatdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Tiflisin bu addımından narahatdır

Ukrayna ümid edir ki, Gürcüstan Ukraynaya silah və hərbi texnika ilə yardım edən, eləcə də Rusiyaya qarşı sanksiyalara qoşulan tərəfdaşlar sırasına qatılacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynis Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili ilə görüşündə bildirib.

Perebiynis rəsmi Tiflisin öz mövqeyinə yenidən baxacağına, Ukraynaya silah və hərbi texnika ilə yardım edən tərəfdaşlar dairəsinə qoşulacağına və Gürcüstanın AB-nin təcavüzkar dövlətə qarşı tətbiq etdiyi bütün sanksiyalara qoşulacağına ümid etdiyini bildirib.

Perebiynis Gürcüstan və Rusiya arasında birbaşa uçuşların mümkün bərpasından narahatlığını ifadə edib.

Öz növbəsində gürcü diplomat əmin edib ki, Gürcüstan Rusiyaya uçuşları bərpa etmək niyyətində deyil.

Qeyd edək ki, Tiflisin Rusiya ilə hava əlaqəsini bərpa etməsi barədə məlumat yayıldıqdan sonra Ukraynanın bu ölkədəki səfiri ukraynalıların təxliyə edilə biləcəyini açıqlamışdı. Onun fikrincə, rusların Gürcüstana kütləvi gəlişi buradakı ukraynalılar üçün təhlükə yarada bilər.

Tarix
2023.01.26 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla