Yuxarı

Ukrayna böhranı: Silah satışı 50 faiz artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna böhranı: Silah satışı 50 faiz artdı

ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 50 faiz artıb.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə və Təhlükəsizlik sahəsində əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bunun Ukraynadakı müharibə, Çinin Uzaq Şərqdə aqressiv siyasəti ilə əlaqədar olduğu deyilir.

Bildirilib ki, 2022-ci maliyyə ilində ABŞ-da təxminən 52 milyard dollar dəyərində silah satılıb. 2021-ci ildə isə bu rəqəm 35 milyard dollar civarında idi.

“Biz bunu tərəfdaşlarımızın və müttəfiqlərimizin böyük güc rəqabəti dövrünə qayıtdığımızı dərk etməsi ilə əlaqələndiririk. Onlar Ukraynada nə baş verdiyini görürlər.

Məsələn, Mərkəzi Avropa ölkələri Ukrayna ordusu üçün yaxşı işləyən eyni aktivlərdən bəzilərini əldə etməyə və öz imkanlarını artırmağa çalışır. Müttəfiqlər Çinə baxır və öz imkanlarını artırmalı olduqlarını düşünürlər”, - deyə DSCA direktoru Ceyms Xurş bildirib.

Direktoru əlavə edib ki, bu artım təkcə müdafiə imkanlarını genişləndirmək istəyən ölkələrlə deyil, həm də təhlükəsizlik tədbirlərini modernləşdirmək istəyən mövcud tərəfdaşlarla bağlıdır.

Tarix
2023.01.28 / 01:56
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla