"Rustavi-2" telekanalı
ətrafında baş verən proseslərin arxasında keçmiş baş nazir Bidzina
İvanişvili dayanır.
Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında
hollandiyalı ekspert Tomas De Vaal söyləyib. Onun sözlərinə görə,
Gürcüstanda vəziyyət o həddə çatıb ki, artıq hər şeyi İvanişvili
idarə edir:
"Gürcüstan baş naziri artıq qərar verməkdən qorxur. Bu ölkə son
vaxtlar yaxşı inkişaf etsə də, hələ siyasiləşmiş məhkəmələrdən
canını qurtara bilməyib. Bunu MixailSaakaşvili və tərəfdarlarına
qarşı qəbul edilən məhkəmə qərarlarında görmək olar. Gürcüstanın
siyasi və iqtisadi inkişafa ehtiyacı var. Ölkə gərək öz gələcəyi
haqqında düşünsün. Lakin "Gürcü arzusu" hökuməti hələ də 2012-ci
ildə ilişib qalıb və Saakaşvili ilə mübarizə aparır".
Qeyd edək ki, bir müddət öncə "Rustavi-2" kanalının rəhbərliyi
Tiflis Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilmişdi. Hazırkı
hökumət televiziyanı eks-prezident MixailSaakaşvilinin maraqlarına
xidmət etməkdə günahlandırırdı.