Yuxarı

Türkiyədə dəhşətli zəlzələ: 2379 nəfər öldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

07.02.2023. 06:55

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ Kayseri, Malatya, Diyarbəkir, Qaziantep və paytaxt Ankarada da hiss olunub.

Eyni zamanda bildirilib ki, Qaziantepin Nurdağı bölgəsində 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 6.98 kilometr dərinliyində meydana gəlib.

Bundan başqa, Malatya valisi Hulusi Şahin bildirib ki, vilayətin Doğanşəhər rayonunda 10-a yaxın bina dağılıb:

"Can itkisi də var".

***

Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində tələfat və dağıntıların olduğu açıqlanıb.

Osmaniyə valisi Ərdinç Yılmaz bildirib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər isə həyatını itirib.

Bundan başqa, Malaytada 100-ə yaxın evin dağıldığı bildirilir.

Zəlzələ Dikarbəkirdə də dağıntılara yol açıb. Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Yeraltı təkanlar nəticəsində Adanada biri ilkin məlumata görə 3 bina tamamilə dağılıb.

Hadisə nəticəsində Şanlıurfada 10 nəfərin öldüyü bildirilir.

Hatayda da dağıntıların olduğu vurğulanır.

***

Türkiyədə şiddətli zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Malatya valisi Hulusi Şahin bildirib ki, bu ana qədər şəhərdə 23 nəfər həyatını itirib, 420 nəfər xəsarət alıb, 140 bina isə dağılıb.

Şanlıurfada da ölənlərin sayı artıb. Şəhər valisi Saleh Ayxan qeyd edib ki, bu ana ölənlərin sayı 15-ə çatıb:

"30 sakin xəsarət alıb, 16 bina isə dağılıb".

***

Zəlzələ nəticəsində Diyarbəkir şəhərində də tələfat və dağıntı qeydə alınıb.

Şəhər valisi Əli İhsan Su bildirib ki, yeraltı təkanlar zamanı şəhərdə 6 nəfər həyatını itirib, 79 sakin xəsarət alıb. Bundan başqa, 6 bina da dağılıb.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə yüksəlib.

Bu barədə AFAD məlumat yayıb.

***

Türkiyədə zələzlədə ölənlərin sayı 284 nəfərə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oqtay bildirib.

O qeyd edib ki, 2323 nəfər isə xəsarət alıb.

F.Oqtay eyni zamanda müxtəlif bölgələrdə həyatını itirən sakinlərin də siyahısını açıqlayıb:

Qəhrəmanmaraşda 70 nəfər,

Hatayda 4 nəfər,

Adıyamanda 13 nəfər,

Diyarbəkirdə 14 nəfər,

Şanlıurfada 18 nəfər,

Qaziantepdə 80 nəfər,

Kilisdə 8 nəfər,

Adanada 11 nəfər,

Malatyada 47 nəfər.

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb.

bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.

***

Türkiyədə zəlzələ zamanı ölənlərin sayı 1014 nəfərə yüksəlib.

Bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 2824 bina dağılıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121-ə, yaralananların sayı isə 7634-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Həmçinin bildirilirb ki, zəlzələ nəticəsində 2834 bina dağılıb.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

***

Ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 min 119-a çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

***

Təbii fəlakətdə həyatını itirənlərin sayı 1762-yə, yaralananların sayı isə 12 min 68 nəfərə çatıb.

***

Zəlzələdə ölənlərin sayı 2316-ya, yaralıların sayı isə 13 min 293 nəfərə çatıb.

***

Ölənlərin sayı 2379-a, yaralıların sayı isə 14 min 483-ə çatıb.

Tarix
2023.02.07 / 01:39
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla