Yuxarı

Ərdoğandan zəlzələ ilə bağlı ilk açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan zəlzələ ilə bağlı ilk açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Qəhrəmanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra açıqlama yayıb.

Axar.az xəbər verir ki, bu barədə dövlət başçısı Tvitterdə yazıb.

“Qəhrəmanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir. Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar. Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Türkiyə lideri qeyd edib.

Tarix
2023.02.06 / 08:03
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla