Türkiyə-Suriya sərhədinin
İŞİD-dən tamamən təmizlənməsi üçün planımız var.
Axar.az xəbər verir ki, bunu ABŞ Sülh İnstitutunda çıxışı zamanı
Dövlət katibi Con Kerri deyib. O, Suriyada İŞİD-ə qarşı savaşan
mülayim müxalifətə qarşı dəstəyi artırdıqlarını açıqlayıb:
"İncirlik hərbi hava bazasındakı əməliyyat tempimizi artıraraq
daha sıx uçuşlar edirik. Kürd ortaqlarımızla cəsur bir əməliyyat
təşkil edərək 79 əsiri İŞİD-in əlindən qurtardıq. Koalisiyaya
dəstəyini davam etdirən ərəblərlə daim təmasdayıq. Bütün
cəhdlərimiz nəticə verir. Qısa müddət öncə İŞİD Suriyanın Türkiyə
ilə təxminən 870 kilometrlik sərhədini idarə edirdisə, bu gün
sadəcə yüzdə 15 kilometrlik bir ərazi terrorçuların əlindədir, bunu
da azad etmək üçün xüsusi bir planımız var".
Qeyd edək ki, sabah Vyanada yenidən Suriya ilə bağlı danışıqlara
start veriləcək. Danışıqlarda 17 ölkənin nümayəndəsi iştirak
edəcək.