Yuxarı

Obama xalqa müraciət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama xalqa müraciət etdi

ABŞ Prezidenti Barak Obama canlı yayım vasitəsilə xalqa müraciət edib və Fransaya başsağlığı verib.

Axar.az xəbər verir ki, prezident baş verən hadisədən sonra terrorizmə qarşı mübarizə metodları haqda daha ciddi şəkildə düşünmək lazım olduğunu dilə gətirib:

"Fransada baş verən hadisələr hamı kimi məni də çox məyus etdi. Heç kimə sirr deyil ki, bu gün Fransada baş verən faciəvi hadisələr dünyanın istənilən ölkəsində baş verə bilər, o cümlədən, ABŞ-da. Biz hamımız birgə, mütəşəkkil terrorizmə qarşı mübarizə aparmalıyıq və bunu edəcəyik.

Mən prezident Ollanda zəng etmədim, çünki belə bir vəziyyətdə onun çox məşğul olduğunu bilirəm. Artıq Fransa polisi nəzarəti öz əlinə götürməkdədir.

Terror hücumları nəticəsində yaxınlarını itirən hər kəsə səbr diləyirəm".

Qeyd edək ki, Fransanın paytaxtı Parisin şimal-şərqində ard-arda 5 terror hücumu olub: Fransa–Almaniya oyununun keçirildiyi stadion yaxınlığına, restorana və ABŞ-ın "İqlz of mez metalz" qrupunun konsertinin keçirildiyi zala. Hazırda konsert zalında onlarla insan girov halında saxlanılıb.

Verilən məlumata görə, 60 nəfər ölüb.

Tarix
2015.11.14 / 03:25
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla