Yuxarı

Əhalisi telefona girən ölkələr

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalisi telefona girən ölkələr

Yolu telefondan ayrılmadan keçən piyadaların sayı gün-gündən artır.

Axar.az xəbər verir ki, "Ford" şirkəti 10 Avropa ölkəsində tədqiqat aparıb.

Şirkət araşdırma nəticəsində piyadanın yolu mobil qurğuya aludə olaraq ətrafdakı vəziyyətə məhəl qoymadan keçməsinin daha çox hansı ölkədə olduğunu müəyyənləşdirib.

Məlumata əsasən, yolu keçən 18-24 yaşlı gənclərin 86 faizi əksər hallarda gözlərini telefondan çəkmir. Bu yaş qrupunda olan insanların böyük əksəri ya telefonla danışır, ya musiqi dinləyir, ya da mesaj yazır.

Yaş qrupları ümumiləşdirildikdə mobil qurğu istifadəçilərinin 65 faizinin diqqətinin yoldan ayırıldığı məlum olub.

Təhqiqat əsasında məlub olub ki, ən səhlənkar piyadalar Rumıniya sakinləridir. Burada rəyi soruşulan piyadaların 83 faizi etiraf edib ki, yolu keçərkən eyni anda telefon və ya planşetlə işləyir. Bu göstərici üzrə sonrakı yerlərdə 67 faizlə İtaliya və 65 faizlə İspaniya qərarlaşıb.

Sorğu nəticəsində piyadaların 22 faizi bildirib ki, yolu keçən zaman mobil qurğudan istifadə etdiklərinə görə yol nəqliyyat hadisəsi və ya təhlükəli vəziyyətlə üzləşiblər.

Tarix
2015.11.17 / 08:45
Müəllif
Günay Ali
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla