Yuxarı

AB Serbiyanı necə hədələyib? - Vuçiç açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Serbiyanı necə hədələyib? - Vuçiç açıqladı

Avropa Birliyi Serbiyanı Kosova planından imtina edəcəyi təqdirdə təcridetmə və bütün investisiyaların geri çəkiləcəyi ilə hədələyib.

Axar.az xəbər verir ki, bu barədə Serbiya lideri Aleksandr Vuçiç deyib.

“AB planının mətni danışıqlar imkanı olmadan təqdim edilib, bizə imtinanın nəticələri barədə də məlumat verilib və bu, sərmayələrin dərhal geri çəkilməsi, eləcə də ölkənin təcrid olunmasıdır. Danışıqlarda qalmaq, yaxud iqtisadi uçurumdan çıxmaq və imtina etmək lazım idi”, - deyə o bildirib.

Qeyd edək ki, fevralın 27-də AB Xarici İşlər İdarəsi “Kosova və Serbiya arasında münasibətlərin normallaşmasına aparan yol haqqında Saziş”i dərc edib.

Sənəddə pasportların qarşılıqlı tanınması, Serbiyanın Kosovanı dünya miqyasında təmsil etməkdən imtina etməsi, diplomatik nümayəndəliklərin mübadiləsi, həmçinin münasibətlərin hərtərəfli normallaşdırılması istiqamətində işləmək üçün tərəflərin hüquqi öhdəlikləri yer alır.

Tarix
2023.03.01 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla