Yuxarı

Azərbaycanlı Suriyaya getmək istəyib? – DİN

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Suriyaya getmək istəyib? – DİN

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda vətəndaş Elman Mirzəbəyovun Suriyaya getməyə cəhd göstərməsi qeyd olunmayıb.

Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi müavini Ehsan Zahidov deyib.

Rəis müavini qeyd edib ki, vətəndaşın belə bir istəkdə olması haqda xəbərlərin dərc edilməsi yanlışdır: "Bunu yalnız istintaqdan sonra demək olar. Biz sadəcə vətəndaşın evində əməliyyat-axtarış tədbirləri keçirmişik".

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini Levan İzoriyan yerli "Maestro" teleşirkətinin efirindən bəyan etmişdi ki, E.Mirzəbəyov Suriyaya getməyə cəhd göstərərkən saxlanılıb.

Bu açıqlamanı "Report" yayıb.

Xatırladaq ki, Balakənin Əliabad kənd sakini olan E.Mirzəbəyovdan AK-74 markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürülüb.

Tarix
2015.11.17 / 17:55
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla