Yuxarı

ABŞ “İzvestiya”nın məktubunu saxta çıxartdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ “İzvestiya”nın məktubunu saxta çıxartdı - Foto

ABŞ-ın Moskvadakı səfirliyi Dövlət Departamentinin Rusiyadakı LGTB-yə genişmiqyaslı yardım edəcəyi ilə bağlı yayılan informasiyanı təkzib edib.

Axar.az xəbər verir ki, səfirlik rəsmi Feysbuk səhifəsində bir müddət öncə guya ABŞ-ın LGTB məsələləri üzrə rəsmi nümayəndəsi Rendi Berrinin Rusiyadakı homoseksualların lideri Nikolay Alekseyevə göndərdiyi və "İzvestiya"nın yayımladığı "məktubu" paylaşıb. Məktubun saxta olduğunu isbatlayan, söz, üslub və emeyl ünvanındakı yanlışlıqları göstərən səfirlik sonda bu sözləri də əlavə edib:

"Hörmətli "İzvestiya", gələn dəfə saxta məktublardan istifadə edəndə, bizə göndərin. Səhvləri düzəltməkdən məmnun olarıq".

Qeyd edək ki, bundan öncə "İzvestiya" qəzeti guya ABŞ-ın Rusiyadakı müxalifət yerinə LGTB-yə yardımını daha çox artıracağını bildirmişdi. Buna əsas səbəb kimi isə LGTB-nin may ayında keçirdiyi aksiyaların genişmiqyaslı olması göstərilmişdi.

Tarix
2015.11.19 / 16:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla