Yuxarı

Ərdoğan gedir, Bakı tək qalacaq - Ermənilər sevinir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 14 may tarixində keçiriləcək prezident və parlament seçkilərini Ermənistan da ciddi şəkildə izləyir.

Axar.az xəbər verir ki, Ərdoğanın uduzmasında maraqlı olduqlarını gizlətməyən erməni jurnalistlər və siyasi ekspertlər artıq indidən sevinməyə başlayıblar.

“Armenian Reрort”da dərc edilən məqalədə bildirilib ki, Ərdoğan erası “bitmək üzrədir” və bu, Ermənistan üçün olduqca yaxşı xəbərdir:

“Kamal Kılıçdaroğlu (CHP lideri, “Altılı masa”nın prezidentliyə namizədi – red.) 2023-cü il may seçkilərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qalib gələ bilər. Bunu “ORC Araşdırma” agentliyinin son rəy sorğusu da təsdiqləyir. Sorğu 4-6 mart tarixində 1850 respondent arasında keçirilib, Ərdoğan 43,2%, Kılıçdaroğlu isə 56,8% səs toplayıb.

Halbuki bu agentliyin yanvar ayında keçirdiyi sorğuda Ərdoğan Kılıçdaroğlu da daxil olmaqla, bütün rəqiblərini üstələyirdi”.

İddia edilib ki, buna səbəb Türkiyədə baş verən zəlzələ, onun nəticələri və müxalifətin bundan istifadə etməsidir.

Erməni müəllif ABŞ Prezidenti Baydenin də Türkiyə liderinin seçkilərdə məğlub olmasında maraqlı olduğuna diqqət çəkib və onun hələ 2020-ci ildə verdiyi vədi xatırladıb.

Nəşr Ərdoğanın uduzmasının Ermənistan üçün xüsusi şans açmasından bəhs edib və bildirib ki, məhz Ərdoğanın 2020-ci ildə göstərdiyi iradə Azərbaycanın qalib gəlməsində müstəsna rol oynadı, həmçinin, Ərdoğan Bakıya gedərək, Qələbə paradında iştirak etdi:

“Çox böyük ehtimal var ki, Əliyev tək qalacaq – onu ciddi şəkildə dəstəkləyən İmran Xan (Pakistan baş naziri – red.) da artıq hakimiyyətdə deyil. Kılıçdaroğlu ABŞ nə əmr etsə, onu da icra edəcək. ABŞ isə demokratiyanı dəstəkləməkdə maraqlıdır ki, bu da Ermənistan üçün böyük pəncərə açır. Məsələn, Türkiyə ilə quru sərhədlər də münasib şərtlərlə açılacaq, həm də Azərbaycanın mövqeyi nəzərə alınmadan”.

Məqalədə vurğulanıb ki, Ərdoğanın gedişi Azərbaycanın “Xankəndidə bayraq qaldırmaq” məqsədini də puça çıxaracaq:

“Bakı ilə Tehran arasında tamamilə gərgin münasibətləri nəzərə alsaq, Azərbaycanın regionda sadəcə olaraq müttəfiqi olmayacaq. Bəli, Azərbaycana rəğbət Türkiyədə qalacaq. Amma onları ABŞ idarə edəcək. Bizə lazım olan gündəliyi həyata keçirmək üçün başqa heç nə tələb olunmur”.

Tarix
2023.03.12 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla