Yuxarı

"Mriya" sirri: Ukrayna qəsdən zərbə altında saxladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Mriya" sirri: Ukrayna qəsdən zərbə altında saxladı

Qostomel hava limanında məhv edilən dünyanın ən böyük təyyarəsi "Mriya" Rusiya işğalı ərəfəsində Almaniyanın "Leypsiq/Halle" hava limanına uçmalı idi.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşrinin araşdırmasında deyilir.

"Leypsiq/Halledə An-225-in 2022-ci ilin fevralında Rusiyanın Ukraynanı işğal etməsindən əvvəl təhlükəsiz yerə aparılmalı idi. Müharibə başlamazdan əvvəl axşam ekipaj və pilotlar tam yanacaqla doldurulmuş yük təyyarəsinə mindilər, lakin kapitan Dmitri Antonovun sözlərinə görə, onlara yüksək rəhbərliyin göstərişi ilə havaya qalxmağa icazə verilməyib. Bir il sonra tamamlanan təhqiqat hesabatı göstərir ki, Leypsiq/Halle hava limanı rus işğalından bir ay əvvəl “Mriya”nı xilas etmək üçün bütün hazırlıqları tamamlamışdı.

Belə ki, 26 yanvar 2022-ci il tarixindən etibarən Almaniyada “Mriya” üçün parkinq yeri hazırlanmışdı”, - deyə bildirilib.

Aeroportun sözçüsü Uve Şuxart nəşrə təsdiqləyib ki, An-225 və An-124-ün köçürülməsi fevralın 25-nə planlaşdırılıb. Bu, fevralın 21-də təsdiqlənib. Bu barədə həftələr əvvəl müzakirələr aparılıb.

Qostomeldəki aerodromun peyk şəkilləri göstərir ki, təyyarə qəsdən zərbə altında saxlanılıb, halbuki digər təyyarələrə toxunulmamışdı.

Tarix
2023.03.17 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla