Yuxarı

Gürcüstan parlamentində yenə dava düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan parlamentində yenə dava düşdü

Gürcüstan parlamentində Müdafiə Məcəlləsinin birinci oxunuşunda müzakirə zamanı vəziyyət gərginləşib.

Axar.az xəbər verir ki, müxalifətdən olan deputat Tariel Nakaidze və “Xalqın Gücü” ictimai hərəkatının deputatı Sozar Subari qanunvericiliyə dəyişiklikləri müzakirə ediblər. Tədricən vəziyyət gərginləşib və mübahisəyə digər deputatlar da qarışıb.

Nəticədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputat Viktor Caparidze stolun üzərində quraşdırılmış mikrofonla Nakaidzenin kürəyinə zərbə endirib. Məhkəmə icraçılarının səylərinə baxmayaraq, vəziyyəti sakitləşdirmək mümkün olmayıb. İclas zalında nalayiq ifadələr səslənib. “Gürcü arzusu” partiyasının deputatı Levan Mqaloblişvili də Nakaidzeyə mikrofon atıb.

“Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze parlamentdə baş verənləri xoşagəlməz adlandırıb.

Tarix
2023.03.22 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla