Yuxarı

Mahmud Çorumlu Gürcüstana gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahmud Çorumlu Gürcüstana gəldi

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamentinin direktoru Mahmud Çorumlunun başçılıq etdiyi Milli Polisin nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin üzvləri Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) görüşlər keçirib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyi və Türkiyə Milli Polisi nümayəndələrinin birgə komissiyasının səkkizinci iclası baş tutub.

Tədbirdə hər iki ölkənin hüquq-mühafizə orqanları arasındakı mövcud əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorizm və mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı birgə mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

Sonda yekun protokol imzalanıb.

Tarix
2023.03.23 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla