Yuxarı

Müxalifətin prezidentlə növbəti görüşü də nəticəsiz bitdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətin prezidentlə növbəti görüşü də nəticəsiz bitdi; "UDAR" ölkənin ən nüfuzlu iş adamına vasitəçilik təklif elədi...

Ukraynadakı siyasi böhran getdikcə dərinləşməkdədir. Yanvarın 21-də "Berkut"un vətəndaşlara silahlı hücumu və 3 nəfərin həlak olması bu böhranı daha da dərinləşdirib.

Böhranı dinc yolla aradan qaldırmaq tərəfdarı olan müxalifət yanvarın 25-də yenidən prezident sarayında prezident Yanukoviçlə danışıqlar aparıb. "UDAR"ın rəhbəri Vitali Kliçko, "Batkivşina"nın rəhbəri Arseniy Yatsenyuk, "Azadlıq" fraksiyasını başçısı Oleq Tyaqnebok görüşdə bir daha növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələblərini səsləndiriblər. Lakin axşam saatlarınadək sürən görüş nəticəsiz bitib.

Siyasilər danışıqlar masası ətrafında çözüm axtardığı dönəmdə isə müxalifət fəalları regionlarda bir neçə inzibati binanı ələ keçiriblər. Bəzi regionlarda milis xalqın tərəfinə keçib. Yanvarın 24-də gecə saatlarında Kiyevdə müxalifətçilər Daxili İşlər Nazirliyinin 2 əməkdaşını girov götürüb. 3-cü milis isə mitinqçilərdən qurtula bilib. Yanvarın 25-də Ukrayna Daxili İşlər Nazirliyi girov götürülən milislərin dərhal azad edilməsini tələb edib. DİN-in bu haqda açıqlamasında bildirilir ki, tələb yerinə yetirilməsə, milislər azad edilməsi üçün xüsusi əməliyyat keçiriləcək.

Donetskdə isə "UDAR" partiyasının yerli bölməsinin fəalları iş adamı Renat Axmetovun evinin qarşısında aksiya keçiriblər. "UDAR"ın yerli təşkilatının rəhbəri Yeqor Firsov aksiyadakı çıxışında deyib ki, Axmetov Ukraynada iqtidarla xalq arasında vasitəçilik edərək siyasi böhrana son qoymağa qadir yeganə şəxsdir. Sitat: "Bu gün əsas məsələ odur ki, prezident Viktor Yanukoviç Avromaydanın səsini eşitsin, aylardır səsləndirdiyimiz tələbləri yerinə yetirərək növbədənkənar prezident və parlament seçkiləri keçirsin. Çünki bu günlər şahidlik etdiyimiz qarşıdurma güclənsə, Ukraynada sonu bilinməyən vətəndaş müharibəsi başlayacaq. Axmetov Ukraynada nüfuzuna görə ölkədə prezidentdən sonra ikinci yerdə dayanır. O, həm də Ukraynanın ən zəngin adamıdır. Onun müəssisələrində 300 mindən çox insan çalışır. Ölkədə hər kəs bilir ki, o, nüfuz dairəsində olan deputatlar, hökumət üzvləri ilə ölkədəki siyasi duruma yetərincə ciddi şəkildə təsir etmək gücündədir. Bir Ukrayna vətəndaşı kimi onu ölkə üçün gərgin və ağır günlərdə seyrçi mövqe tutmamağa çalışırıq".

Hələlik Renat Axmetov "UDAR"ın vasitəçilik təklifinə cavab verməyib. Onun mətbuat xidmətinin yaydığı açıqlamada yalnız o bildirilir ki, Axmetov ölkədəki böhranın istisnasız olaraq dinc yolla aradan qaldırılmasına tərəfdardır.

Ukraynanın siyasi ekspertləri isə düşünür ki, artıq ölkə elə bir nöqtəyə yaxınlaşıb ki, beynəlxalq vasitəçilərin dəstəyi olmadan böhrandan çıxmaq mümkün olmayacaq. Bir sıra politoloqlar iddia edir ki, müxalifət partiyaları vasitəçilik üçün dünyanın nüfuzlu siyasət adamları ilə danışıqlar aparır.

Məsələn, "Batkivşina"nın rəhbəri Arseniy Yatsenyukun AB-nin komissarı Ştefan Füle ilə danışıqlarında da bu məsələnin müzakirə edilməsi ilə bağlı xəbərlər var. Görüşdən sonra jurnalistlərə açıqlamasında Yatsenyuk bu faktı təsdiq edib: "Ukrayna ciddi siyasi böhran içərisindədir. Biz bir sıra avropalı siyasilərlə böhrandan çıxış yollarını müzakirə edirik. Bizim də fikrimiz belədir ki, beynəlxalq vasitəçilər olmadan siyasi böhranı aradan qaldırmaq mümkün olmayacaq". ("Musavat.com")

Tarix
2014.01.25 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla