Yuxarı

1974: Kennedi Tiflis bazarında – Tarixi foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
1974: Kennedi Tiflis bazarında – Tarixi foto

Bu şəkil 1974-cü çəkilib. Həmin il SSRİ-yə təşrif buyuran Edvard Kennedi paytaxt Moskva ilə barəbər, Tiflis şəhərinə də səfər edib.

"Axar.az"ın araşdırmasına görə, Sovetlər Birliyində "liberal senator" ləqəbi ilə tanınan senatorun ən yaxın dostu sayılan yazıçı Andrey Voznisenski xatirələrində yazır ki, Edvard onun şeirlərini sevə-sevə oxuyarmış: "Edvard Kennedi 1974-cü ildə SSRİ-yə gəldi. Onu yüksək səviyyədə qarşıladılar. O, müxtəlif məkanlara, o cümlədən Gürcüstan Sovet Sosialist Respulikasının paytaxtı Tiflis şəhərinə getmək istədiyini bildirdi. Dostum sadəliyi sevərdi, mühafizəsiz gəzərdi, arzusu Sovet metrosunda hərəkət etmək idi. Səfərinin ikinci günü metrodan çıxan Kennedi mənə, "dostum, təəcüblənirəm, məni heç kim tanımadı", - deyərək gülümsədi. Səfərinin üçüncü günü Edvard onu müşayiət edən qrupla Tiflisə uçdu".

Xatırladaq ki, şəkil Tiflisin mərkəzi bazarlarından birində çəkilib. "Dezertin" bazarı adlanan sözügedən məkan uzun illər kənd təsərrüfatı məhsullarının alış-verişi üçün nəzərdə tutulurdu. Qəribədir, bütün nöqsanları ört-basdır edən, əcnəbilərə SSRİ-də hər şeyin səliqəli, sahmanlı olduğunu durmadan vurğulayan Sovet rəhbərliyi Edvard Kennediyə natəmizliyin baş aldığı bazarlardan birinə getməsinə nə yaxşı razılıq verib?

Qeyd edək ki, Demokratlar Partiyasının üzvü olan Edvard Kennedi 1962-2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-ın Massaçuses ştatının senatoru olub. 2009-cu ildə 78 yaşında vəfat edib.

O, sui-qəsd nəticəsində qətlə yetirilən Amerikanın 35-ci prezidenti, məşhur Con Kennedinin kiçik qardaşıdır.

Tarix
2014.01.25 / 21:57
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla