Yuxarı

Slovakiyanın macar əhalisi yox ola bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Slovakiyanın macar əhalisi yox ola bilər

2021-ci ildə Slovakiyada keçirilən əhalinin siyahıyaalınmasına əsasən, bu ölkədə yaşayan macarların sayı 420 min nəfər olub. Bu, son 30 ildə ölkənin macar əhalisinin əhəmiyyətli dərəcədə - 150 min nəfər azaldığını göstərir. Dinamika nəzərə alınmaqla, gələcəyə proqnozlar çox da təsəlliverici olmaya bilər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, “Területi Statistika” (“Ərazi statistikası”) jurnalında dərc olunmuş hesabata görə, gələn əsrdə Slovakiyada macar əsilli bir nəfər də qalmaya bilər, buna görə də Slovakiyanın macar icmasını gələcəkdə nə gözləyəcəyi aydın deyil, halbuki bu gün etnik macarlar Rumıniyadakı Transilvaniya macarlarından sonra xaricdə yaşayan ikinci ən böyük diasporu təşkil edir.

Araşdırmanın müəllifləri - Bratislava Universiteti və Budapeştdəki Otvöş Lorand Tədqiqat şəbəkəsindən olan iki macar tədqiqatçıdır. Sosioloqlar tərəfindən dərc olunan qrafik Slovakiyanın macar əhalisinin keçən əsrdən bəri azalan dinamikasını nümayiş etdirir. 1910-cu ildə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Slovakiya ərazisində 900 min etnik macar yaşayırdısa, 2021-ci ilə qədər onların sayı yarıyadək azalıb.

Tarix
2023.04.09 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla