Yuxarı

AYİB təsdiqlədi: Ukraynaya 3 milyard yardım ediləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYİB təsdiqlədi: Ukraynaya 3 milyard yardım ediləcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iqtisadiyyatın real sektorlarını və ölkənin özəl biznesini dəstəkləmək üçün 2022-2023-cü illər üçün Ukraynaya 3 milyard avroya qədər yardım göstərməklə bağlı əvvəlki vədini yerinə yetirmək əzmində olduğunu təsdiqləyib.

Axar.az xəbər verir ki, təşkilatın rəhbəri Odil Reno-Basso bu barədə Kiyevdə keçirilən görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə məlumat verib.

"Biz gələcək bərpa işlərinə hazırlaşmaq üçün dəstəyimizi saxlamaq və genişləndirmək üçün əlimizdən gələni edəcəyik. Bura investisiya və islahat gündəliyinə davamlı dəstək daxildir", - Basso bildirib.

Bank Ukraynaya beş əsas yardım istiqaməti müəyyən edib. Bunlar enerji təhlükəsizliyi, ticarətin maliyyələşdirilməsi, əsas infrastrukturun qorunması, ərzaq təhlükəsizliyi və əczaçılıq şirkətlərinə likvidliyin təmin edilməsidir.

Qeyd edək ki, ötən il bank Ukraynaya 1,7 milyard avro ayırıb, həmçinin tərəfdaş maliyyə institutlarından daha 200 milyon avro cəlb edib.

Tarix
2023.04.21 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla