Yuxarı

Türkiyə S-400-ü özü istehsal etmək istəyirsə... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə S-400-ü özü istehsal etmək istəyirsə... - Video

10:00

Türkiyə S-400-lər sayəsində hava məkanında mütləq üstünlük əldə edib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko çıxış edib.

Ekspert Türkiyədə S-400-lərin istehsalı ilə bağlı isə bunları qeyd edib:

"Türkiyədə hava hücumundan müdafiə sisteminin lisenziyalı istehsalına gəlincə, bu məsələni bir neçə səviyyədə həll etmək lazımdır. Birincisi, müqavilənin kommersiya tərəfidir. Türkiyə bu səviyyədə Rusiya texnologiyalarının alınması üçün lazımi məbləği ödəməyə hazırdırmı? Çünki təbii ki, bu, ucuz məsələ deyil və burada hər şey Türkiyə büdcəsinin bu cür əməliyyatları maliyyələşdirmək imkanından asılıdır.

İkinci aspekt Türkiyə hərbi sənaye kompleksinin belə texnologiyaların alıcısına çevrilməyə hazır olma dərəcəsi və Türkiyə müdafiə sənayesinin onları müstəqil şəkildə istehsal etmək qabiliyyətidir.

Üçüncüsü, biznesin siyasi tərəfidir. Çünki lisenziyalı istehsalın təhvil verilməsi ilə bağlı əməliyyatlar həm xarici siyasətdə, həm də müdafiə siyasətində problemi olmayan bir ölkə ilə edilə bilər. Burada hər şey Rusiya və Türkiyənin maraqlarının gələcək yaxınlaşmasının dinamikasından asılıdır. Mümkünsüz bir şey yoxdur".

Qeyd edək ki, ötən gün Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir açıqlamasında ölkənin hava məkanının təhlükəsizliyinin S-400-lər sayəsində təmin olunduğunu və müdafiə sisteminin bəzi komponentlərinin Türkiyədə istehsalının vacibliyini bildirib.

Tarix
2023.04.22 / 14:47
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla