Yuxarı

Jirinovski yenə havalandı: “İstanbula…” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski yenə havalandı: “İstanbula…” - Video

Türkiyənin Bosfor boğazında bizim gəmilərin qarşısını kəsməyinə qarşılıq olaraq Mərmərə dənizinə İstanbulu batıracaq bomba atmalıyıq.

Axar.az xəbər verir ki, bunu Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya Dumasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Türkiyə bundan əvvəl də Bosfor boğazının Rusiyanın üzünə bağlamağa cəhd edib:

"SSRİ dövründə də onlar eyni bəyanatla çıxış etmişdilər. Bizim o zamankı Xarici İşlər nazirimiz Qromıko Nyu York və ya Vaşinqtonda olan zaman demişdi ki, SSRİ-nin Qara dəniz donanmasının Aralıq dənizinə keçməsi üçün bir neçə raket lazımdır. Bunun da nəticəsində İstanbul olmayacaq və Bosfordan əlavə Aralıq dənizinə keçmək üçün daha iki keçid yaranacaq. Bu məsələdən sonra Türkiyə bir də heç vaxt Bosfor boğazının SSRİ hərbi gəmilərinin üzünə bağlanması məsələsini gündəmə gətirmədi. İndiki şəraitdə İstanbula xüsusi raket atmaq gərək deyil, sadəcə, dənizə bomba atmaq yetərli olacaq. Bu, elə daşqın olacaq ki, şəhərdən heç nə qalmayacaq. Bu artıq çoxdan düşünülüb. Su bir neçə on metr hündürlüyə qalxır və bütün şəhəri 9 milyon əhalisi ilə birgə yox edir".

Qeyd edək ki, dünən Bosfor boğazından keçməyə çalışan Rusiya gəmilərinin Türkiyə tərəfindən saxlanılması haqda xəbərlər yayılmışdı.

Tarix
2015.12.02 / 09:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla