Yuxarı

Britaniya kəşfiyyatı etiraf etdi: “Məşğul oluruq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya kəşfiyyatı etiraf etdi: “Məşğul oluruq”

Böyük Britaniyanın hökumət rabitə mərkəzi ilk dəfə xakerliklə məşğul olduğunu məhkəmədə etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Faynənşl Tayms" qəzeti yayıb. Mərkəzin nümayəndəsi bu fəaliyyətlə təkcə Böyük Britaniya ərazisində yox, həm də xaricdə də məşğul olduqlarını bildirib. Qurum CNE (Computer Network Exploitation) proqramından istifadə etməklə gərəkli kəşfiyyat məlumatları aldığını bildirib. Britaniya provayderləri məhkəmədən mərkəzin bu addımlarının insan haqlarının pozulmasına şərait yaradıb-yaratmadığını öyrənməsini istəyiblər. Təşkilat isə bu addımlarının qanunauyğun olduğunu bildirib. Məhz bunun vasitəsilə Britaniya xüsusi xidmət orqanları 2015-ci ilə planlaşdırılan 6 terror hadisəsinin qarşısını alıblar.

Qeyd edək ki, bundan öncə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Britaniyanın hökumət rabitə mərkəzinin smartfonları izləmək qabiliyyətinə sahib olan yeni texnologiyalar hazırladığını bildirib.

Tarix
2015.12.03 / 01:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla