Yuxarı

AKP qalib oldu: Ərdoğan II turda nə edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı nəticələrə görə, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu olacağı artıq yəqinləşib.

Axar.az xəbər verir ki, namizədlərin heç biri 50+ səs faizi toplamadığından, 28 mayda ikinci turun olacağı şübhəsizdir.

Seçkilərdə sürpriz nəticəni ATA İttifaqının namizədi Sinan Oğan göstərdi. Hər kəs 2% civarında səs gözlədiyi halda, Sinan Oğan 5,2%-dən yuxarı səslə müşahidəçiləri təəccübləndirdi.

Digər maraqlı məqam isə "Altılı masa"da 6+1 partiyanın birləşməsi və Qərbin dəstəyini almasına baxmayaraq, Ərdoğana ciddi şəkildə məğlub olmasıdır. Ərdoğan 49,35 faiz yuxarı səslə, 45 faiz yaxın səs toplayan Kamal Kılıçdaroğlunu ciddi şəkildə - 2,3 milyondan çox səslə qabaqladı.

Ən ciddi rəqabət parlament seçkisində getdi. Ərdoğan və Baxçalının rəhbərlik etdiyi Cümhur İttifaqı 49,3% səs toplayaraq, ən yaxın rəqibi Millət İttifaqı (35,2%) ilə arasında əhəmiyyətli fərq yaratdı.

Parlamentdə səs çoxluğunu qazanan Cümhur İttifaqı 28 mayda keçirilməsi gözlənilən ikinci turda böyük şans əldə etmiş oldu. Belə ki, hazırda Cümhur İttifaqının 321 (təxminən) millət vəkili yerinə sahib olduğu görünməkdədir.

Bunu Cümhur və Millət ittifaqları namizədlərinin davranışlarında da görmək mümkündür. Ərdoğan gecədən çox keçməsinə baxmayaraq, tərəfdarlarının qarşısına çıxaraq, balkon çıxışı etdi və qələbə mesajını verdi.

Kılıçdaroğlu isə tərəfdarlarının önünə çıxmadı, tərəfdarları da gecə yarıdan sonra CHP-nin mərkəzi qərargahının önündən dağılışmağa başlamışdılar. Kılıçdaroğlu “Altılı masa”nın digər liderləri ilə CHP qərargahında media mənsublarının önünə çıxaraq, qısa açıqlamanı vərəqdən oxudu və ikinci turda qalib gələcəyini deməklə kifayətləndi.

Beləliklə, Sinan Oğanla razılaşma əldə edən Cümhur İttifaqının prezidentliyə namizədinin – Ərdoğanın 28 mayda qalib olacağı böyük ehtimaldır.

Tarix
2023.05.15 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla