Yuxarı

Otuz altı il sonra həbs olundular – Məşhur tarixçə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Otuz altı il sonra həbs olundular – Məşhur tarixçə

Məşhur "Şərəfli oğlanlar" ("Goodfellas") adlı filmə 6 milyon dollarlıq yardım edən soyğunçular düz 36 il sonra həbs olunublar.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, beş soyğunçudan biri Vinsent Asaron olub. O, 1978-ci ildə Nyu Yorkun JFK aerodromunda reallaşan soyğunda iştirak edib, lakin bu yaxınlarda düz 36 il sonra təqsirli bilinərək həbs olunub.

"Lufhansa" hava yollarının yük hissəsində reallaşan silahlı soyğunda 5 milyon dollar nağd pul və 1 milyon dollarlıq ləl-cəvahirət oğurlanmışdı.

"Şərəfli oğlanlar" ("Goodfellas") adıyla səhnələşdirilən filmdə baş rolda Robert De Niro oynayıb.
Onların törətdiyi cinayət o dövrün ən böyük nağd oğurluğu olaraq qeydə alınıb. Oğurlanan pullar axtarılsa belə, heç vaxt tapılmayıb.

İstintaqın bu qədər uzanmasının səbəbi isə soyğuna qarışan şəbəkə üzvlərinin bir-bir öldürülməsi göstərilir.

Soyğundan sonrakı iki il ərzində hadisə ilə əlaqədar ən azı 6 cinayət törədilib.

FTB iyun ayında araşdırma aparmış, soyğunu planlaşdıran və şübhəli bilinən Ceyms Burkun evinə aid ərazidə qazıntı apararaq, yeni dəlillər tapmışdı.

Xatırladaq ki, Ceyms Burk məşhur oyunçu Robert De Nironun çəkildiyi "Şərəfli oğlanlar" ("Goodfellas") filminə oğurluq etdiyi pullarla dəstək olub və film ərsəyə gəlib.

Tarix
2014.01.27 / 22:50
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla