Yuxarı

Gürcüstan öz prezidentini seçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan öz prezidentini seçdi

Seçki bülletenlərinin 100% hesablanmasından sonra Gürcüstanın MSK-sı Georgi Marqvelaşvilini 62,11% səslə qalib elan edib. Ona 1 milyon 12 min 214 insan səs verib.

İlkin səsvermədə olduğu kimi 2-ci yerdə David Bakaridze (21,73 %), 3-cü yerdə isə Nino Burcanadze (10,18) qeydə alınıb.

Səsvermədə 3 milyon 537 min 719 seçici iştirak edib. Qayda pozuntusu qeydə alınmayıb.

Gürcüstanda Saakaşvili dönəmi bitib, çünki o, Gürcüstan qanunvericiliyinə əsasən 2 dəfədən artıq seçilə bilməzdi. Saakaşvilinin opponenti olan baş nazir B. İvanaşvili də noyabrın 17-si keçiriləcək yeni Gürcüstan prezidentinin inaqurasiyasından sonra istefa edəcəyini bəyan edib.

Gürcüstanın yeni prezidentinin səlahiyyətləri qismən azalacaq. 2013-cü ilin yazında Konstitusiyaya edilən dəyişikliyə əsasən prezident parlamentin razılığı olmadan hökumət yarada bilməz.

Tarix
2013.10.30 / 14:27
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla