Yuxarı

“Wikileaks” Snoudenə dəstək saytı yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Wikileaks” Snoudenə dəstək saytı yaratdı

"Wikileaks" ABŞ MTA-nın eks-əməkdaşı Eduard Snoudenə dəstək saytı açıb. Saytın əsas məqsədi Snoudenin özü və onun mətbuata verdiyi sənədlər barəsində məlumat verməkdir. Sənədlərdə internet istifadəçilərinin izlənilməsi haqda məlumatlar var.

Saytın bir bölməsində MTA-nın Avropa və ABŞ-da fəaliyyətini əks etdirən sənədlərin təsviri, digər bölmədə nəşr edilən bütün sənədlər verilir. Saytın "İmpakt" bölməsində mətbuatın və cəmiyyətin sənədlərə olan reaksiyası təsvir edilir. Eləcə də hər bir sosial şəbəkə istifadəçisinin Snoudenə dəstək və öz şəxsi məlumatlarının müdafiəsi məqsədi ilə bütün bu məlumatları öz səhifəsində yaya bilməsi haqda xüsusi bir bölmə var.

Mənbədə həmçinin gələcəkdə məhkəmə prosesi və Snoudenə dəstək kampaniyası keçirmə imkanları üçün pul vəsaiti də yığılır. Bağışlanan pullar "PayPal" sistemi ilə qəbul olunur. Artıq 25 min dollar yığılıb. Bütün vəsaitə Britaniyanın Jurnalist Mənbələrinin Müdafiəsi Fondu (JMMF) tərəfindən nəzarət edilir.

Qeyd edək ki, Snouden məxfi materialları mətbuata ötürən MTA-nın eks-əməkdaşıdır. Hazırda Rusiyanın siyasi sığınacağı altındadır.

Tarix
2013.10.30 / 14:29
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla