Yuxarı

Moskvaya 25 PUA ilə hücum edildi: yaralılar var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvaya 25 PUA ilə hücum edildi: yaralılar var - Video

09:11

Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün Teleqram kanalında bildirib.

“Mayın 30-da səhər saatlarında PUA hücumu nəticəsində şəhərdə bir neçə binaya cüzi ziyan dəysə də, tələfat qeydə alınmayıb.

Şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir”, - mer bildirib.

Bundan əlavə, Moskva yaxınlığındakı Odintsovo rayonunda partlayışların olduğu qeyd edilib. Lenin prospektindəki binanın xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı, istehkamçıların ərazidə işlədiyi bildirilib.

“Baza” Teleqram kanalının məlumatına görə, hücumda 25 PUA iştirak edib. Onların əksəriyyəti hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Bildirilib ki, PUA-ların əksəriyyəti alçaq məsafədən uçub.

***

Mayın 30-da səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 2 nəfər yaralanıb.

Bunu şəhərin meri Sergey Sobyanin deyib.

Yaralılara tibbi yardım göstərilib.

Merin sözlərinə görə, bir neçə PUA vurulub.

PUA hücumuna məruz qalan ərazilərdən sakinlərin təxliyəsi başlayıb. S.Sobyanin əhalini sakit olmağa, təşvişə düşməməyə çağırıb.

Tarix
2023.05.30 / 10:19
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla