Yuxarı

Lukaşenko xəstədir, Kreml artıq varisi müəyyən edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko xəstədir, Kreml artıq varisi müəyyən edib

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölümü ilə bağlı Kremlin öz ssenarisi var.

Axar.az xəbər verir ki, bunu Belarus müxalifətçisi Pavel Latuşko iddia edib..

Onun sözlərinə görə, Rusiya Lukaşenkonun varisi, Respublika Şurasının hazırkı rəhbəri Nataliya Koçanovanın Belarusun yeni rusiyapərəst prezidenti ola biləcəyi ilə bağlı razılığa gəlib:

"Ssenari kənardan olduqca başadüşüləndir: bu, Respublika Şurası Parlamentinin Yuxarı Palatasının sədri Natalya Kaçanovadır. Lukaşenko ona bir qadın, tabeçiliyində olan bir siyasətçi kimi etibar edir".

Latuşkonun sözlərinə görə, o, Moskvada olub, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

O qeyd edib ki, Koçanova Lukaşenkonun təbii ölümü halında onun yerinə keçəcək, lakin o, zəhərlənərsə, Belarusu Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç idarə edəcək:

"O, Moskva Ali Komandanlıq Məktəbini, Sovet İttifaqının və Rusiyanın zabitləri üçün ən nüfuzlu hərbi universiteti və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasını bitirib. Onun Rusiyada nə qədər ümumi dostları olduğunu təsəvvür edə bilərsiniz. O, hələ də Patruşevin tabeçiliyindədir. Belarusda Kremlin agentidir".

Qeyd edək ki, Lukaşenkonun səhhətində ciddi problemlər olduğu barədə xəbərlər yayılmaqdadır.

Tarix
2023.06.02 / 09:08
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla